Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

21 fevral 2025 | 15:01

Qəbələ Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən faciədə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, bu kütləvi qırğında yüzlərlə insanın vəhçicəsinə qətlə yetirilməsindən və girov götürülməsindən söz açaraq, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində ulu öndər Heydər Əliyevin yürütdüyü siyasətin bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulamışlar.  Sonda "Xocalı: Bir millətin kədəri" sənədli filmi nümayiş olunmuşdur.

Keçidlər