“Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” mövzusunda dəyirmi masa keçirilmişdir
03 may 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində Qəbələ Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubilleyi ilə əlaqədar Heydər Əliyev Mərkəzində “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən ekspozisiya zalına baxış keçirmişlər. Konfrans zalında davam edən tədbiri giriş sözü ilə açan Rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanı parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etməklə xalqımıza yeni, firavan, ildən-ilə gözəlləşən bir həyat, müstəqil bir dövlət bəxş etdiyindən danışmışdır. Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, onun qurub-yaratdığı doğma Azərbaycanımızda sabitliyin və dinamikliyin, ordu quruculuğunun, sosial-iqtisadi inkişafın, elm və təhsilin uğurlu inkişafından bəhs etmişlər. Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunmuşdur.