“Heydər Əliyev şəxsiyyəti və dövlətçilik fəlsəfəsi” adlı tədbir keçirilib
6 may 2026-cı il tarixində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi, Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Qəbələ regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyev şəxsiyyəti və dövlətçilik fəlsəfəsi” adlı tədbir keçirilib.
Qəbələ rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər bildirmişdir ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı Heydər Əliyev öz müdrik və uzaqgörən siyasəti ilə dövlətçiliyimizin möhkəm təməlini qoymuş, ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafının əsas istiqamətlərini müəyyənləşdirmişdir. Sonda Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur.













