“Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda tədbir keçirilib
Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatında “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhadətə yüksəlmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan Azərbaycançılıq ideologiyası xalqın birliyini, milli kimliyini və dövlətçiliyin möhkəmlənməsini təmin edən əsas ideoloji xəttdir. Qeyd edib ki, bu ideologiya bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin inkişafında və beynəlxalq mövqeyinin güclənməsində mühüm rol oynayır. Çıxış edənlər Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən Azərbaycançılıq ideologiyasının təhsil sahəsində mühüm istiqamətlərdən biri kimi xüsusi yer tutduğunu bildirərək gənc nəslin milli ruhda, vətənə bağlı və yüksək mənəvi dəyərlərlə yetişdirilməsinin bu ideologiyanın əsas məqsədlərindən olduğunu vurğulamış,milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini və gənclərin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynadığını qeyd etmişlər. Sonda Yeni Azərbaycan Partiyasının fəaliyyətində fəal iştirak edən bir qrup partiya üzvünə Fəxri Fərman, partiya sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim edilmişdir.













