"Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti" adlı tədbir keçirilib
05 mart 2026 | 15:11
Qəbələ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə "Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti" adlı tədbir keçirilib. Çıxışlarda Azərbaycan qadınının cəmiyyətdəki yeri və rolundan, vətənimizin inkişafına, dövlət quruculuğuna verdiyi böyük töhfələrdən, bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması və yaşadılmasında müstəsna xidmətlərindən bəhs edilib, Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsinin Ulu Öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanıldığı vurğulanıb. Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub













