“Heydər Əliyev və Azərbaycanda insan hüquqlarının inkişafı” adlı tədbir keçirilib
7 iyun 2023-cü il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizdə hər il qeyd olunan “18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda insan hüquqlarının inkişafı” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayev çıxışında bildirdi ki, Azərbaycanda insan hüquqlarının inkişafı siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, insan hüquqları sahəsində ilk Dövlət proqramı da Ulu Öndər tərəfindən təsdiq edilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi insan hüquqları siyasəti artıq milli strategiya kimi formalaşıb. Dövlət başçısı tərəfindən təsdiq edilmiş insan hüquqlarına dair Milli Fəaliyyət Planı və Proqramı ilə insan hüquqları sahəsində yeni inkişaf mərhələsinin əsası qoyulub. Tədbirdə çıxış edənlər ölkəmizdə insan hüquqları, onların müdafiəsi, xüsusilə də qadın, uşaq və gənclərin hüquqlarının daha da səmərəli təmini istiqamətində intensiv işlər görüldüyünü qeyd etmişlər. Sonda mövzuyla bağlı maarifləndirici videoçarx nümayiş olunub.