“Heydər Əliyev və Dövlət Qadın siyasəti”adlı tədbir keçirilmişdir
Qəbələ rayon Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev ili çərçivəsində” “Heydər Əliyev və Dövlət Qadın siyasəti” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Qəbələ rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Kəmalə Qasımova Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş gender bərabərliyindən, ölkədə qadınlar üçün yaradılan şəraitdən söz açmışdır. Çıxış edənlər demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazasının Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradıldığını, bu gün isə ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmiş, bunun da ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxardığını vurğulamışlar. Sonda Ulu öndər Heydər Əliyevin 1998-ci ildə qadınlar qurultayındakı çıxışından fraqmentlər izlənilmişdir.