Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Heydər Əliyev və gender siyasəti" adlı tədbir keçirilib

13 aprel 2023 | 16:49

13 aprel 2023 - cü il tarixində Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Qəbələ Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin Sərəncamına  əsasən 2023-cü il Azərbaycanda "Heydər Əliyev İli"  elan edilməsi ilə əlaqədar "Heydər Əliyev və gender siyasəti" adlı tədbir keçirilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin, UADM-nin, Heydər Əliyev Mərkəzinin nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə muzeyin direktoru Bəxtiyar Vəliyev açaraq Ümumilli Lider Heydər Əliyevin fəaliyyətinin bütün mərhələlərində tarixi və siyasi ənənələrə, milli-mənəvi və ümumbəşəri dəyərlərə xüsusi önəm verdiyini, ölkəmizdə insan hüquqlarının təmin edilməsi və gender bərabərliyi siyasətinin həyata keçirilməsində vacib addımlar atdığını vurğulayıb. Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin demokratik, hüquqi dövlət və müasir cəmiyyət quruculuğu, insan hüquqlarının qorunması, gender bərabərliyi, qadınların cəmiyyətdə hüquqlarının qorunması istiqamətində həyata keçirdiyi dövlət siyasətindən söz açmışlar. Sonda "Gender bərabərliyi" mövzusunda video material nümayiş olunmuşdur.

Keçidlər