“Heydər Əliyevi fərəh və qürur hissi ilə anırıq” adlı tədbir keçirilmişdir
Qəbələ Dövlət Peşə Təhsil mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə əlaqədar “Heydər Əliyevi fərəh və qürur hissi ilə anırıq” adlı tədbir keçirilmişdir. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuş, önünə gül dəstələri düzülmüşdür. Tədbirdə çıxış edənlər Ulu öndərin tarixi və əvəzsiz xidmətlərinin Azərbaycan xalqı tərəfindən minnətdarlıqla xatırlandığını qeyd etmiş və iştirakçıların diqqətinə çatdırmışlar ki, Ümummilli liderin mənalı və şərəfli ömür yolunun parlaq səhifələri xalqımızın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Heydər Əliyevin siyasi fəaliyyətinin bütün mərhələlərində vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, həmçinin müstəqil Azərbaycana rəhbərliyə gəlməsi ilə ölkəmizin iqtisadi tənəzzüldən, parçalanmaq, məhv olmaq təhlükəsindən xilas olması, eləcə də təhsilə, xüsusilə də peşə təhsilinə göstərdiyi böyük diqqət və qayğıdan danışılmışdır. Tədbirdə iştirak edən tələbələr Ulu Öndər Heydər Əliyevə olan sevgilərini səmimi sözləri ilə ifadə etmişlər. Sonda “Unudulmaz gün”- Ulu öndər Heydər Əliyev haqqında sənədli film izlənilmişdir.