Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Heydər Əliyevin 26 mart 1998-ci il sərəncamı ilə “31 mart azərbaycanlıların soyqırım günü” elan edilmişdir

30 mart 2023 | 16:54

29 mart 2023-cü il tarixində Qəbələ rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyevin 26 mart 1998-ci il sərəncamı ilə 31 mart azərbaycanlıların soyqırım günü elan edilmişdir" adlı dəyirmi masa  keçirilib. Tədbiri giriş sözü ilə Mərkəzin baş fond mühafizi Kəmalə Qasımova  açaraq  son iki yüz ildə Azərbaycan tarixində  baş verən soyqırım hadisələri, bu dəhşətli hadisələrdən birinin 1918-ci ilin mart-aprel aylarında yaşandığını, Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsini qeyd etmiş, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə “31 Mart azərbaycanlıların Soyqırımı Günü” elan edildiyini diqqətə çatdırmışdır. Çıxış edənlər 31 mart hadisələrinə görə erməni terrorçuları beynəlxalq səviyyədə cəzalandırılsaydılar, yəqin ki, sonradan Xocalı qətliamını, Azərbaycan torpaqlarında etnik-mədəni tarixi terror törətməyə cəsarət edə bilməyəcəklərini bildirmişlər. Sonda “31 mart azərbaycanlıların soyqrım”na aid vodeoçarx izlənilmişdir.

 

 

Keçidlər