“Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu” mövzusunda konfrans keçirilib.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı “Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu” mövzusunda konfrans keçirilib.Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Ümumilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər ümumilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi önəmi qeyd etmiş, təhsil işçilərinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışmışlar. Vurğulanmışdır ki, təhsildə əldə edilmiş nailiyyətlərin təməli Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə bu strategiya ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sonda “Ulu öndər Heydər Əliyevin 100 illiyi"-nə həsr olunmuş video-çarx izlənilmişdir.