"Heydər Əliyevin dövlətçilik ənənələri və müasirlik" adlı tədbir keçirilib
Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının 34- cü ildönümü ilə əlaqədar "Heydər Əliyev və müasirlik" adlı tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Yeni Azərbaycan Partiyasının 34 illik şərəfli tarixindən, partiyanın ölkəmizin ictimai-siyasi həyatında oynadığı mühüm roldan bəhs etmiş, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət, dövlət müstəqilliyinin və milli dövlətçiliyin ciddi təhlükələrlə üzləşməsi, xalqın güclü siyasi liderə və sağlam siyasi qüvvəyə olan ehtiyacı, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycanın siyasi tarixində mühüm hadisəyə çevrilməsi, partiyanın yaranmasının xalqın iradəsini, milli həmrəyliyini və gələcəyə olan inamını ifadə etməsi barədə danışmışlar.













