İcbari Tibbi Sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib
2023-cü ilin 24 fevral tarixində Qəbələ rayonunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin təşkilatçılığı ilə ““İcbari Tibbi Sığorta” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Rayon ictimayyətinin nümayəndələrinin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd əhalinin icbari tibbi sığortadan istifadə qaydaları üzrə maarifləndirilməsi olub. Tədbiri Qəbələ Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Ceyhun Əhmədov açaraq tibb sahəsində dövlət başçısının rəhbərliyi altında uğurlu islahatların aparıldığını, icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı mühüm addımlar atıldığını bildirib, rayon xəstəxanasının müasir texnoloji nailiyyətlərə əsaslanan tibbi avadanlıqlarla təchiz olunduğunu, icbari tibbi sığortanın əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə tətbiq olunduğunu diqqətə çatdırıb. Qəbələ RMX PH şəxsin Terapevtik xidmətlər üzrə direktor müavini Fikrət Cəfərov öz çıxışında ötən ildə İcbari Tibbi Sığortadan yararlanan xəstələr barədə məlumat verib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şəki Regional Filialının rəhbəri Laçın İbrahimxəlilov icbari tibbi sığorta haqqında, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası, icbari tibbi sığorta haqları, icbari tibbi sığortanın xidmətlər zərfində təminat verilən tibbi xidmətlər, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri, özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası haqqında ətraflı məlumat vermişdir. Sonda vətəndaşları maraqlandıran suallar Agentliyin əməkdaşları tərəfindən cavablandırılıb.