Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"İcbari tibbi sığorta" mövzusunda təlim keçirilib

15 may 2024 | 18:07

15 may 2024-cü il tarixdə Qəbələ rayonunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin təşkilatçılığı ilə ““İcbari Tibbi Sığorta” mövzusunda təlim keçirilib. Qəbələ şəhər ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinin kollektivlrinin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd əhalinin icbari tibbi sığortadan istifadə qaydaları üzrə maarifləndirilməsi olub. Tədbiri Qəbələ Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin Terapevtik xidmətlər üzrə direktor müavini açaraq tibb sahəsində dövlət başçısının rəhbərliyi altında uğurlu islahatların aparıldığını, icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı mühüm addımlar atıldığını bildirmiş, yeni istifadəyə verilmiş rayon xəstəxanasının müasir texnoloji nailiyyətlərə əsaslanan tibbi avadanlıqlarla təchiz olunduğunu, icbari tibbi sığortanın əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə tətbiq olunduğunu diqqətə çatdırmışdır. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxışında qonaqları salamlayaraq belə tədbirlərin əhəmiyyətindən danışmış və bu cür tədbirlərin davam edəcəyini bildirmişdir.  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şəki Regional Filialının rəhbəri Laçın İbrahimxəlilov icbari tibbi sığorta haqqında, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası, icbari tibbi sığorta haqları,  icbari tibbi sığortanın xidmətlər zərfində təminat verilən tibbi xidmətlər, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri, özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası haqqında ətraflı məlumat vermişdir. Sonda vətəndaşları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər