III MDB Oyunları: Azərbaycanın stolüstü tennis komandası Özbəkistana qalib gələrək finala yüksəlib
26 sentyabr 2025 | 17:00
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında stolüstü tennis yarışlarına start verilib. Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunan yarışların ilk günü Azərbaycan və Özbəkistanın qadınlardan ibarət komandaları yarımfinalda üz-üzə gəlib, Azərbaycan millisi rəqibini 2:1 hesabı ilə üstələyərək finala vəsiqə qazanıb. Yığmamız finalda Rusiya seçməsi ilə qarşılaşacaq.













