III MDB Oyunlarında badminton üzrə qarışıq komanda yarışları yekunlaşmışdır
02 oktyabr 2025 | 17:45
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında badminton üzrə qarışıq komanda yarışının qalibi müəyyənləşib. Qəbələ Olimpiya İdman Kompleksində keçirilən final matçında Özbəkistan və Rusiya yığmaları qarşılaşıb. Görüş Rusiyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisi isə bürünc mükafata sahib olub. Sonda qaliblərə mükafatlar təqdim edilib.













