III MDB Oyunlarında daha iki futbol matçı keçirilib
29 sentyabr 2025 | 18:19
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində daha iki futbol matçı keçirilib. Qəbələ Şəhər Stadionunda təşkil olunan B qrupunun ikinci oyununda Belarus və Özbəkistan komandaları qarşılaşıb. Görüş Belarus yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Günün digər oyunu - A qrupunda yarışan Qırğızıstan və Tacikistan milli komandaları arasında keçirilən görüş isə Tacikistan yığmasının 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.













