Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“İmmunlaşdırma Həftəsi”nə hazırılıq mövzusunda tədbir keçirilib

01 may 2025 | 09:00

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində “İmmunlaşdırma Həftəsi”nə hazırılıq məqəsdilə tədbir keçirilib. Rayon icra hakimiyyətinin, mərkəzi xəstəxananın, təhsil sektorunun, dini icmaların və  ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər peyvəndlənməmiş uşaqlarda infeksion xəstəliklərin yayılmasının müəyyən ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola biləcəyini qeyd etmiş, bir sıra ağır infeksion xəstəliklərin vaksinasiyasının uşaqlıq dövründə “Milli Peyvənd Proqramı”na əsasən ilkin səhiyyə xidməti müəssisələrində aparılmalı olduğunu diqqətə çatdırmış və infeksion xəstəliklərə yoluxmanın qarşısını almaq məqsədilə peyvəndləmənin vacib olduğunu bildirmişlər. Tədbir mövzu ətrafında fikir mübadiləsinin aparılması ilə davam  etmişdir.

Keçidlər