Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Hildi Hamid Qəbələ rayonuna səfər etmişdir

16 iyun 2023 | 17:56

İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Hildi Hamid Qəbələ rayonuna səfəri çərçivəsində 16  iyun 2023-cü il tarixdə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə görüşmüşdür. Görüş zamanı RİH başçısı tərəfindən rayonun iqtisadi göstəriciləri, sosial və mədəni həyatı,  rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən Qəbələdə keçiriləcək iqtisadi və mədəni tədbir iki ölkə arasında siyasi, iqtisadi və sosial-mədəni əlaqələrin daha da inkişaf etməsinə böyük töhvə verəcəkdir. Səfir Hindi Hamid isə bu tədbirin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və İndoneziya Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış diplomatik əlaqələrin 31 illiyi ərəfəsində keçirildiyini vurğulayaraq, səmimi qarşılandığına görə minnətdarlığını bildirmişdir.

Keçidlər