“İnsan alveri-Ümumbəşəri bəladır"
06.04.2023-cü il tarixində Qəbələ rayon Heydər Əliyev Mərkəzində "İnsan alveri-Ümumbəşəri bəladır" adlı tədbir keçirilib. Məktəbli və gənclər üçün təşkil edilən tədbiri mərkəzin baş fond mühafizi Kəmalə Qasımova açaraq İnsan alveri və ona qarşı dövlət tərəfindən həyata keçirilən mübarizə tədbirləri barədə məlumat verib. Çıxışlarda qeyd edilmişdir ki, insan alveri cəmiyyətin bütün fərdlərinin problemidir və çözümü daha çox ictimaiyyətin maarifləndirilməsi kimi yanaşmalar tələb edir. Hazırda bu bəladan bütün dünya əziyyət çəkir. İnsan alverinin qurbanlarının bizim dövlətimiz tərəfindən anonimliyi saxlanılaraq qorunur, insan alverinə qarşı daim mübarizə aparılır. Sonda insan alverinə qarşı mübarizəyə həsr olunmuş videoçarx izlənilmişdir.