"İnsan alverinə qarşı birlikdə mübarizə aparaq" adlı tədbir keçirilib
28.07.2022-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin və tarix diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə "İnsan alverinə qarşı birlikdə mübarizə aparaq" adlı tədbir keçirilmişdir. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə mövzu ilə əlaqədar məruzə edən tarix diyarşünaslıq muzeyinin direktoru Bəxtiyar Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 iyul 2020-ci il tarixli sərəncamı ilə qəbul olunmuş Azərbaycan Respublikasında "İnsan alverinə qarşı mübarizəyə dair 2020-2024 - cü illər üçün Milli Fəaliyyət Planı"-nın icrası ilə əlaqədar ölkəmizdə görülən işlərdən danışmış, insan alverinin qarşısının alınması məqsədilə mütəmadi olaraq təlimlərin təşkil edilməsinin, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən tədqiqatlar və maarifləndirici tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd etmişdir. Vurğulanmışdır ki, insanlar bərabər hüquqlara malikdir və yaşadığımız cəmiyyətdə insan haqları müəyyən edilmiş qanunvericilik aktlarına əsasən qorunur. Bütün bu qanunazidd halların qarşısının alınması və problemlərin həlli istiqamətində hər bir vətəndaş üzərinə düşən vəzifəni yerinə yetirməli, xoşagəlməz hadisələrin baş verməməsi üçün məqsədli şəkildə fəaliyyət göstərməlidir. Mövzu ətrafında çıxışlar olmuş, tədbir diskusiya şəklində davam etmişdir. Sonda muzey əməkdaşları tərəfindən hazırlanmış maarifləndirmə xarakterli videomaterial nümayiş etdirilmiş və iştirakçılara bukletlər paylanılmışdır.