"İnsan alverinin qurbanı olma!" mövzusunda maarifləndirici tədbir keçirilib
17 may 2024-cü il tarixində Qəbələ Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ bölməsinin təşkilatı dəstəyi, Qəbələ regional "ASAN xidmət" mərkəzi könüllülərinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tələbələrinin iştirakı ilə "İnsan alverinin qurbanı olma!" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Qəbələ rayon Mədəniyyət Mərkəzinin təşkilatçı metodisti Natəvan Mürşüdova tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, bu gün dünyanın inkişaf etmiş əksər ölkələrində olduğu kimi ölkəmizdə də insan alverinə qarşı geniş mübarizə aparılır. Tədbirdə gənclərlə insan alveri nədir, özumüzü və yaxınlarımızı bu təhlükədən necə qoruyaq, insan alverçilərinin toruna kimlər düşür, bu bəlanın qarşısını almaq üçün biz nə etməliyik, təhlükə hiss etdikdə hara müraciət edək sualları ətrafında məlumatlandırıcı söhbətlər aparılıb. Bu kimi maarifləndirici tədbirlərin keçirilməsinin gənclərin məlumatlandırılmasında və gələcəkdə insan alverinin qurbanına çevirilmələrinin qarşısının alınmasında əhəmiyyətli rolu vardır. Sonda mövzu ilə bağlı sənədli film nümayiş olunmuş, gənclərə hər zaman ayıq-sayıq olmaq, istismara məruz qalmamaq və şübhəli məqamlardan uzaq olmaq tövsiyə olunmuşdur.