"İnsan hüquq və azadlıqları" mövzusunda tədbir keçirilib
10 dekabr 2025 | 17:12
10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü çərçivəsində Qəbələ rayon Tarix -Diyarşünaslıq Muzeyinin, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə "İnsan hüquq və azadlıqları" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının qorunması və vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsindən bəhs edərək, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra inkişaf etməyə başladığını diqqətə çatdırmışlar. Sonda mövzu ilə əlaqədar video material nümayiş olunmuşdur.













