Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"İnsan hüquq və azadlıqlarına hörmət hüquqi, mənəvi borcumuzdur" adlı tədbir keçirilib

19 dekabr 2024 | 17:26

19 dekabr 2024-cü il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "İnsan hüquq və azadlıqlarına hörmət hüquqi, mənəvi borcumuzdur" adlı tədbir keçirilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbirdə çıxış edənlər ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qəbul edilən normativ-hüquqi aktlar haqqında danışmış, Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyimizin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində apardığı mütərəqqi islahatları qeyd etmişlər. Tədbir diskusiya şəklində davam etmiş və sonda videoçarx nümayiş olunmuşdur.

Keçidlər