Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“İnsan Hüquqları Aylığı” çərçivəsində “Uşaq hüquqları” mövzusunda ictimai dinləmə keçirilib

09 iyun 2026 | 18:01

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 9 iyun 2026-cı il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Uşaq hüquqları” mövzusunda ictimai dinləmə keçirilib. Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, Heydər Əliyev Mərkəzinin, Tarix-Diyarşünalıq Muzeyinin əməkdaşlarının, rayon ümumi təhsil məktəblərinin müəllim və psixoloqlarının, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələrinin iştirak etdiyi ictimai dinləmədə ölkəmizdə dövlət uşaq siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğu və bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla  davam etdirildiyi bildirilmişdir. İctimai dinləmədə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik,  “Uşaq hüquqları haqqında” qanunda edilən ən son dəyişikliklər, qanunvericiliyin gətirdiyi mühüm yeniliklər, həmçinin uşaq hüquqlarının pozulmasına görə nəzərdə tutulan inzibati xətalar və cinayət məsuliyyəti barədə ətraflı məlumat verilmişdir. Diskussiya şəkilində keçirilən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər