“İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrin idarə edilməsinin təşkili” mövzusunda keçiriləcək təlimlərə hazırlıqla bağlı iclas keçirilmişdir
24 may 2023-cü il tarixində Qəbələ Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 28 noyabr 2022-ci il tarixli 127 nömrəli əmri ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının 2023-cü il üçün mülki müdafiə tədbirləri Planı”nın 1-ci bəndinə uyğun olaraq, 31 may – 02 iyun 2023-cü il tarixlərində Qəbələ rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təliminə hazırlıqla bağlı iclas keçirilmişdir. İclasda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər. İclasda qarşıda duran məsələlər müzakirə edilmiş, aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələr verilmişdir.