“Kəlbəcər işğaldan azad olundu” adlı tədbir keçirilmişdir
25 noyabr 2022-ci il tarixində Qəbələ rayon Heydər Əliyev Mərkəzində ”Kəlbəcər işğaldan azad olundu” adli tədbir keçirilib. Tədbirdə Qəbələ rayonu ərazisində yerləşən 31 saylı Kəlbəcər rayon tam orta məktəbin müəllim və şagird kollektivi, Qəbələ rayon Tarix-Diyarşunaslıq Muzeyinin əməkdaşları iştirak ediblər. Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə yüksələn şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Kəmalə Qasımova tədbiri açaraq Kəlbəcərin 1993-cü ildə Erməni silahlı qüvvələri tərəfindən işğal olunması və 2020-ci ilin bu günü Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusu tərəfindən bir güllə belə atılmadan azad olunması barədə məlumat verib. Mövzu ətrafında Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayonu üzrə təhsil sektorunun müdiri Namiq Rəcəbov və digərləri çıxış edərək torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdən, əsgərlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan və azad olunmuş torpaqlarda bu gün aparılan abadlıq, quruculuq işlərindən danışmışlar. Sonda şagirdlərin ifasında şeir kompozisiyası dinlənilmişdir.