Kibertəhlükəsizlik qaydaları ilə əlaqədar maarifləndirici tədbir keçirilmişdir
19 aprel 2024-cü il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin Qəbələ rayon üzrə nümayəndələri və fəallarının təşəbbüsü, Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə uşaq və yeniyetmələrin kibertəhlükəsizlik qaydaları barədə məlumatlandırılması ilə bağlı maarifləndirici tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Pərvin Məmmədov uşaq və yeniyetmələrin komputerdən, internetdən səmərəli istifadə məqsədilə yaradılmış imkanlardan danışmış, onları kibertəhlükəsizlik qaydaları və onlayn risklər barədə məlumatlandırmışdır. Tədbir diskussiya şəklində davam etmişdir.