Kiçik Əmili kəndində Vətən müharibəsi şəhidi Bayramov Coşqun Ənvər oğlunun abidə kompleksinin açılışı olmuşdur
25 may 2022-ci il tarixdə 44 günlük Vətən Müharibəsi şəhidi Bayramov Coşqun Ənvər oğlunun doğulduğu Kiçik Əmili kəndində xatirəsinə ucaldılmış abidə kompleksinin açılış tədbiri keçirilmişdir. Rayon icra hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisələrin əməkdaşlarının, şəhidin ailə üzvlərinin, ictimaiyyət nümayəndələrinin və döyüş yoldaşlarının iştirak etdiyi tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun böyük şücaət göstərərək qazandığı qələbədən, şəhid Coşqun Bayramovun keçdiyi döyüş yolundan bəhs etmişlər. Sonra məktəblilərin ifasında şəhidə həsr edilmiş şeir kompazisiyası səslənmişdir. Şəhidin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.