Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

KOBİA-nın nümayəndələri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində və lavanda təsərrüfatında olublar

28 may 2022 | 11:44

Mayın 27-də KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış şərait və emalatxanalar, eləcə də KOBİA, Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində keçirilən təlimlərlə tanış olumuşlar. Görüşdə qonaqlarla Mərkəzin rəhbərliyi arasında özəl sektorun tələblərinə cavab verən peşə hazırlığı və sözügedən layihə çərçivəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb. Qeyd edək ki, “Gənclərin biznes emalatxanası” layihəsi hazırda Cəlilabad, Ağdam və Qəbələdə həyata keçirilir. Layihəyə əsasən təlimləri uğurla başa vuran gənclərə öz işlərinə başlamaları üçün müvafiq avadanlıqlar veriləcəkdir. Qonaqlar KOBİA tərəfindən müxtəlif dəstək və xidmətlər göstərilən Qəbələ rayonunun Çuxur Qəbələ kəndinin ərazisində yerləşən lavanda təsərrüfatında olub, təsərrüfatın fəaliyyəti və aqroturizm potensialı ilə tanış olublar.

Keçidlər