Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“Konstitusiya Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir” adlı tədbir keçirilib.

28 aprel 2025 | 11:11

25 aprel 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatı və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi PHŞ-in birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir” mövzusunda tədbir keçirilib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş,  Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhadətə yüksəlmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar videoçarx nümayiş olunmuşdur. Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını qeyd etmişlər. Sonda partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilmişdir.

Keçidlər