Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“Konstitusiya və Suverenlik İli” adlı tədbir keçirilib

09 aprel 2025 | 14:32

9 aprel 2025-ci il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzi Dağlıq Şirvan Regional Nümayəndəliyinin Qəbələ bölməsi tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını vurğulamışlar. Daha sonra gənclər arasında Kahoot platforması üzərindən mövzuya uyğun bilik yarışı keçirilmiş və qaliblərə hədiyyələr təqdim edilmişdir.

Keçidlər