“Konstitusiya və Suverenlik İli” çərçivəsində “20 sentyabr – Dövlət Suverenliyi Günü” münasibəti ilə tədbir keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində “20 sentyabr – Dövlət Suverenliyi Günü” münasibəti ilə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qəbələ və İsmayıllı rayonları üzrə Regional nümayəndəliyi ilə birgə rayon ərazisində yaşayan məcburi köçkün və qaçqınlarla vətənpərvərlik mövzusunda maarifləndirici görüş keçirib. Görüşdə çıxış edənlər “Konstitusiya və Suverenlik İli” və “20 sentyabr – Dövlət Suverenliyi Günü” barədə ətraflı məlumat vermiş, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, soydaşlarımızın doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə yaşaması üçün yaradılan şəraitdən danışmış və əhalinin məşğulluğunun təmin edilməsi üçün dövlətimiz tərəfindən görülmüş işləri qeyd etmişlər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.













