Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“Konstitusiya və Suverenlik ili”  çərçivəsində “Əsas Qanun, Əbədi Dövlət” adlı tədbir keçirilib

20 oktyabr 2025 | 08:16

Qəbələ rayon Heydər Əliyev Mərkəzi, Şəki - Zaqatala Regional  Gənclər və İdman İdarəsi,  Qəbələ Regional  Asan Xidmət Mərkəzi  və Qəbələ rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili”  çərçivəsində “Əsas Qanun, Əbədi Dövlət” adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik” ili elan edilməsi,  dövlətçilik  tariximizin mühüm mərhələlərinin qeyd olunması baxımından çox əhəmiyyətli olduğunu qeyd etmiş, konstitusiyanın sadəcə bir qanun toplusu deyil, dövlətin quruluşunu və vətəndaşların hüquqlarını ifadə edən əsas hüquqi  baza olduğunu  vurğulamışlar. Hər bir çıxışda səslənən fikirlər bir daha sübut edib  ki, müstəqillik bizim ən böyük sərvətimizdir və onu qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur.

Keçidlər