“Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti tədbir keçirilmişdir.
05 may 2025 | 09:03
Qəbələ Rayon İcra Hakimiyyəti və rayon polis şöbəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin Qəbələ rayon nümayəndələrinin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Hüquqlarımızı bilmək hər birimiz üçün vacibdir” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edənlər ölkəmizdə uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunması ilə bağlı görülən işlərdən danışmış, uşaqların hüquq və vəzifələri izah edilmiş, onlar üçün dövlətimiz tərəfindən yaradılmış yüksək şəraitdən səmərəli istifadə etmələri tövsiyə edilmişdir. Tədbir sual-cavab şəklində davam etmişdir.