“Konstitusiya və Suverenlik ili” çərçivəsində tələbələr Qəbələ Rayon Məhkəməsinə ekskursiya ediblər
24 noyabr 2025 | 17:20
“Konstitusiya və Suverenlik ili” çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Qəbələ Rayon Məhkəməsinə ekskursiya etmişlər. Ekskursiya zamanı tələbələr məhkəmənin fəaliyyəti yaxından tanış olmuş, onlar hüquqi prosedurlar və məhkəmə proseslərinin təşkili, Konstitusiyanın dövlətçilikdə rolu, insan hüquqlarının qorunması və hüquq sisteminin suverenliyin təminindəki əhəmiyyəti ilə bağlı geniş məlumat verilmişdir. Sonda tələbələrin sualları cavablandırılmış və fikir mübadiləsi aparılmışdır.













