Konstitusiya və Suverenlik ili çərçivəsində “Zəfərimizin Səlnaməsi” adlı sərgi təşkil edilib
28 oktyabr 2025 | 11:24
Qəbələ rayon Heydər Əliyev Mərkəzi və MKS-nin şəhər 2 saylı filialının əməkdaşları tərəfindən şəhər 1 saylı tam orta məktəbdə Zəfər Gününə həsr olunmuş Konstitusiya və Suverenlik ili çərçivəsində “Zəfərimizin Səlnaməsi” adlı sərgi təşkil edilib. Sərgidə şagirdlərin çəkdikləri rəsmlərlə yanaşı Vətən müharibəsinə, qəhramanlıq və vətənpərvərlik mövzusuna, eləcə də şəhidlərə həsr olunmuş kitablar nümayiş olunub. Tədbirin keçirilməsində məqsəd Zəfər Gününün əhəmiyyətini gənc nəsillərə çatdırmaq və onlarda vətənə sevgi hissini daha da gücləndirməkdir.













