Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

"Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş intellektual məktəb çempionatı keçirilib

15 may 2025 | 11:21

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Qəbələ rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə 8-10-cu sinif şagirdləri arasında “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual məktəb çempionatı keçirilib. Bilik yarışmasında ümumilikdə 15 komanda olmaqla 75 nəfər məktəbli iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışmanın nəticəsinə əsasən Nicat Apayev adına 4 nömrəli tam orta  ümumtəhsil məktəbin komandası I yer, Şirvan Bulqədirov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbin komandası II, Pərviz Osmanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin komandası isə III yeri tutub. Sonda qalib komandalar kubok və Diplomlarla təltif olunub.

Keçidlər