“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual yarış keçirilib
10 sentyabr 2025 | 14:19
9 sentyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Nə? Harada? Nə Zaman?” (NHN) formatında gənclər arasında bilik yarışı keçirilib. Tədbir Qəbələ regional “ASAN xidmət” mərkəzi, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsi və Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. İlk 3 yeri tutan komandalar diplom və sertifikatlarla, 1-ci yerin sahibləri isə xüsusi hədiyyələrlə təltif olunub.













