Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş növbəti tədbir keçirilmişdir

07 may 2025 | 17:36

Qəbələ rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi, Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edənlər  Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların əsasını təşkil etməsindən, Prezident İlham Əliyevin güclü siyasəti nəticəsində suverenliyimizin bərpasından bəhs etmiş, Konstitusiyanın dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oyndığını qeyd etmişlər. Sonda şagirdlər tərəfindən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

 

Keçidlər