Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“Konstitutsiya və Suverenlik ili” çərçivəsində “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”nə həsr olunmuş "Dil xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir" adlı tədbir keçirilib.

01 avqust 2025 | 21:27

01 avqust 2025-ci il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzi və MKS-nin şəhər 2 saylı kitabxanasının birgə təşkilatçılığı ilə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”nə həsr olunmuş "Dil xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir" adlı tədbir keçirilib. Azərbaycan dilinin zənginliyini, əvəzsiz milli sərvət olduğunu, müasir Azərbaycan dövlətçiliyindəki əhəmiyyətini vurğulamaq məqsədilə keçirilən tədbirdə çıxış edənlər dilimizin tarixi inkişaf yolu, onun dövlət dili statusuna yüksəlməsi, eləcə də bu sahədə Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri barədə danışmış, Azərbaycan dilinin qorunmasının və zənginləşdirilməsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayaraq, gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə edilməsinin əhəmiyyətini qeyd etmişlər. Tədbirdə gənclərin ifasında ana dilinə həsr olunmuş şeirlər səsləndirilmiş, mövzu ilə əlaqədar videoçarx nümayiş olunmuşdur.

Keçidlər