“Konstitutsiya və Suverenlik ili” çərçivəsində "Cəmiyyətin inkişafında Azərbaycan gənclərinin rolu" adlı tədbir keçirilib
12 avqust Beynəlxalq Gənclər günü ilə əlaqədar Qəbələ rayon Tarix -Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə "Cəmiyyətin inkişafında Azərbaycan gənclərinin rolu" adlı tədbir keçirilib. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərin iştirak etdiyi tədbirdə çıxış edənlər bildiriblər ki, bu gün gənclər aparıcı,aktiv qüvvədir və onların bütün proseslərə cəlb olunması sosial fəallığı artırır, yaradıcı düşüncə tərzinə birbaşa müsbət təsir göstərir. Həmçinin gənclərin respublikanın, eləcə də rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etdiyi qeyd edilmiş, onların sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görüldüyü vurğulanmışdır. Sonda mövzu ilə bağlı video-çarx nümayiş edilmişdir.













