“Konstitutsiya və Suverenlik ili” çərçivəsində "Dünyamıza sülh gərəkdir" adlı tədbir keçirilib.
28 avqust 2025-ci il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Dağlıq-Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin birgə təşkilatçılığı ilə "Sülh aylığı" (21 avqust – 21 sentyabr) çərçivəsində "Dünyamıza sülh gərəkdir" adlı tədbir keçirilib. Tədbirdə çıxışlar zamanı ölkəmizin həyata keçirdiyi sülh təşəbbüsləri, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli sülhün əhəmiyyəti barədə geniş məlumat verilib, Azərbaycanın apardığı uğurlu siyasət nəticəsində bölgədə uzunmüddətli sabitlik və təhlükəsizlik üçün real imkanların yaradıldığı bildirilib. Həmçinin gənclərin sülhün təbliği prosesində aktiv iştirakı, informasiya mühitində doğru məlumatlandırılmanın təmin edilməsi, sülh mövzusunda sosial layihələrin icrası və ictimai təşəbbüslərin təşviqi kimi məsələlər müzakirə edilib.













