Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“Konstitutsiya və Suverenlik ili” çərçivəsində “Zirvəyə Doğru - Laza Yayı” adlı tədbir keçirilib

12 avqust 2025 | 14:41

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq-Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsi tərəfindən təşkil olunan “Zirvəyə Doğru - Laza Yayı” adlı layihə Laza kəndinin təbiət qoynunda baş tutub. Layihə gənclərin inkişafına, şəbəkələşməsinə və asudə vaxtlarını səmərəli keçirməsinə yönəlib. Düşərgə müddətində gənclərin şəxsi inkişafı və özünü tanıması üçün açıq hava diskussiyaları və qrup tapşırıqları, komanda işi və kommunikasiya bacarıqlarını gücləndirən idman və enercayzer oyunları təşkil olunub. Gənclər Laza kəndində ətraf mühiti tullantılardan təmizləyərək həm ekoloji, həm də sosial məsuliyyət nümayiş etdiriblər. Düşərgənin təşkil edilməsində məqsəd gənclərin fiziki, intellektual və sosial bacarıqlarını inkişaf etdirmək və sağlam həyat tərzini təşviq etməkdir.

Keçidlər