“Konstitutsiya və Suverenlik ili” ilə əlaqədar “Yaşıl ASAN” proqramı çərçivəsində təmizlik aksiyası keçirilib.
19 noyabr 2025 | 17:12
19 noyabr 2025 ci il tarixdə ASAN Könüllülər Təşkilatının “Yaşıl ASAN” proqramı çərçivəsində “Konstitutsiya və Suverenlik ili” ilə əlaqədar Qəbələ regional “ASAN xidmət” mərkəzinin könüllüləri tərəfindən rayonun Laza kəndi ərazisində təmizlik aksiyası keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında ekoloji mədəniyyətin inkişaf etdirilməsi, ətraf mühitə qayğı və məsuliyyət hissinin gücləndirilməsi, həmçinin ictimaiyyətin bu istiqamətdə fəallığının artırılmasıdır.













