Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Kımqu Kanq Qəbələ rayonuna səfər etmişdir

10 iyul 2026 | 18:09

10  iyul 2026-cı il tarixdə Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Kanq Kımqu Qəbələ rayonuna səfəri çərçivəsində rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə görüşmüşdür. Görüş zamanı RİH başçısı tərəfindən rayonun iqtisadi göstəriciləri, sosial və mədəni həyatı, rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri, eləcə də rayonda keçirilən beynəlxalq tədbirlər barədə ətraflı məlumat verilmişdir. Qarşılıqlı səmimiyyət mühitində keçən görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri dinlənilmiş, qarşılıqlı əlaqələrin inkişaf imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır. Həmçinin  görüş zamanı 20 avqust 2015-ci il tarixdə Qəbələ rayonunda  Azərbaycan Respublikasının Qəbələ şəhəri ilə Koreya Respublikasının Qyonqcu  şəhəri arasında imzalanmış “Dostluq Münasibətlərinin Qurulması Haqqında Saziş”ə əsasən sıx əlaqələrin olduğu vurğulanmış, bu əlaqələrin daha da genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkil edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Kanq Kimqu belə görüşlərin keçirilməsinin iki ölkə arasında siyasi, sosial-iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etməsinə böyük töhvə verəcəyini bildirilmiş və səmimi qarşılandığına görə təşəkkür etmişdir. Sonda tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunmuşdur.

Keçidlər