"Korrupsiyaya qarşı mübarizə hər bir vətəndaşın borcudur" mövzusunda maarifləndirici tədbir keçirilib
21 may 2025-ci il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində "Korrupsiyaya qarşı mübarizə hər bir vətəndaşın borcudur" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edənlər korrupsiya anlayışı və onun formaları haqqında danışmış, bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata neqativ təsirləri, korrupsiyaya şərait yaradan amillər, maraqların toqquşması, məlumat təhlükəsizliyi, ölkəmizdə və beynəlxalq təcrübədə həyata keçirilən antikorrupsiya strategiyalarının əsas istiqamətləri barədə məlumat vermişlər.Tədbirdə mövzu ilə əlaqədar video material nümayiş olunmuş, iştirakçıların sualları cavablandırılmışdır.













