"Korrupsiyaya qarşı mübarizədə dövlət siyasəti" adlı tədbir keçirilib
21 aprel 2026 | 17:14
21 aprel 2026-cı il tarixində "Korrupsiyaya qarşı mübarizədə dövlət siyasəti" adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər korrupsiyanın anlayışı və mahiyyəti, onun sosial-hüquqi nəticələri, korrupsiyaya qarşı mübarizənin dövlət siyasətində prioritet istiqamətləri, korrupsiya hüquqpozmalarının növləri ilə bağlı geniş məlumat vermiş, korrupsiyanın ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərdiyi, iqtisadi və sosial inkişafda problemlər yaratdığını vurğulamış, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə görülən tədbirlərdən danışmışlar. Tədbirdə mövzu ilə əlaqədar video material nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb.













