Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Laçın işğaldan azad olundu” adlı tədbir keçirilib

01 dekabr 2022 | 16:04

1 dekabr 2022-ci il tarixində Qəbələ rayon Heydər Əliyev Mərkəzində” Laçın işğaldan azad olundu” adli tədbir keçirilib. Mərkəzin baş fond mühafizi Kəmalə Qasımova çıxışında 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Laçın rayonunun böyük strateji əhəmiyyət kəsb etdiyini qeyd edərək 28 ildən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində rayonun işğaldan azad edilməsi ilə Azərbaycan xalqının beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdiyini vurğulamışdır. Tədbirdə çıxış edənlər Laçın rayonunda işğalçılar tərəfindən dağıdılmış tarixi və mədəni abidələr, məhv edilmiş təbii sərvətlər, korlanmış ekologiya haqqında məlumat vermiş, işğaldan azad edildikdən sonra bu torpaqlarda başlanılan quruculuq işlərindən danışmışlar. Sonda mövzu ilə əlaqəli sənədli film nümayiş etdirilmişdir.

Keçidlər