“Lalə dövrü” rəsm sərgisi keçirilmişdir
30 may 2022 | 13:11
Qəbələ rayon Mədəniyyət Mərkəzi və Qəbələ Dövlət Rəsm Qalareyasının birgə təşkilatçılğı ilə KamART İncəsənət Qalareyasının “Lalə dövrü” plener sərgisi keçirilmişdir. Sərginin keçirilməsində məqsəd Azəraycan təbiətinin gözəlliyinin tamaşaçılara çatdırması, uşaq və gənclərin təsviri sənətə olan marağının artırılması, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək göstərilməsindən ibarətdir. RİH-nin, rayon mədəniyyət mərkəzinin, rəsm qalareyasının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi sərgidə KamART-ın Qalareyasının 7-16 yaş kateqoriyasından olan 20 nəfər üzvünün kağız və kətan üzərində çəkilmiş 50-ə yaxın rəsm əsəri nümayiş etdirilmişdir.